100 yaşlı Yamən nənənin evinə daşınan seçki qutusu aparılıb - FOTO

100 yaşlı Yamən nənənin evinə daşınan seçki qutusu aparılıb - FOTO
12:27 11 Aprel 2018
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux rayonunun ən yaşlı seçicilərindən olan, Alıuşağı kənd sakini 100 yaşlı Yamən Mehdiyeva prezident seçkilərində səs verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vətəndaşlıq borcunu yerinə yetirən Yamən Mehdiyeva dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Yeddi övlad, 20 nəvə, 24 nəticə, 3 kötükcə sahibi olan Yamən nənənin bir arzusu var: Azərbaycanı abad və firavan, insanlarını isə xoşbəxt görmək.

Yamən nənənin evinə daşınan seçki qutusu aparılıb. O, konstitusion hüququndan istifadə edəndən sonra gənclərə müraciətlə deyib: "Övladlarımı zəhmətlə böyütmüşəm. Qayğılarım çox olsa da, bütün seçkilərdə iştirak etmişəm. Qoy, hər kəs bu seçkilərdə iştirak etsin və işıqlı gələcəyimizə səs versin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR