“Seçici fəallığı müşahidə olunur” - MDB müşahidə missiyasının rəhbəri

“Seçici fəallığı müşahidə olunur” - MDB müşahidə missiyasının rəhbəri
12:29 11 Aprel 2018
32 Digər
Ölkə mətbuatı
A- A+

“Bizim missiyaya 220 müşahidəçi daxildir. Səhər tezdən bütün regionları gəzmişik. Bakıda şəxsən özüm 10-dan çox seçki məntəqəsində olmuşam. Hər yerdə çox sakit vəziyyət və seçici fəallığı müşahidə olunur, hər şey yüksək səviyyədə təşkil olunub”.

 

APA-nın xəbərinə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib. O, yerli müşahidəçilərlə söhbət etdiklərini də söyləyib: “Yerli müşahidəçilərlə danışdıq, soruşduq ki, hər hansı qayda pozuntusu olubmu? Biz heç bir yerdə pozuntu qeydə almamışıq, yerli müşahidəçilər də heç nə deməyib. Bizi sevindirir ki, xalq səsvermədə çox aktiv iştirak edir. Seçkilərdən sonra toplanıb, yekun qiymətləndirmə edəcəyik və sabah mətbuat konfransında açıqlayacağıq. Biz sidq ürəkdən diləyirik ki, bu seçkilər Azərbaycanda sülh və stabilliyin inkişafına töhfə versin”. 

S. Lebedev bildirib ki, Rusiya və Azərbaycan bir-birinin strateji tərəfdarıdır: “Azərbaycanda stabil hakimiyyət, xalq tərəfindən sevilən, hörmət edilən dövlət başçısının olması Azərbaycanın təkcə Rusiya ilə deyil, bütün ölkələrlə münasibətinə müsbət təsir etmiş olar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR