"Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edəcək"- Portuqaliyalı parlamentar

"Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edəcək"- Portuqaliyalı parlamentar
12:33 11 Aprel 2018
71 Digər
Ölkə mətbuatı
A- A+

“Seçki sakit və qaydalara uyğun şəkildə davam edir".

Publika.az xəbər verir ki, bu sözləri Bakının 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində seçki prosesini izləyən ATƏT-in ümumi qısamüddətli missiyasının rəhbəri, seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar Nilza Marilia de Sena deyib.

O qeyd edib ki, əhali səsvermə hüququndan istifadə etmək üçün məntəqələrə gəlir:"Seçki səhər saatlarda başlayıb. Artıq günün yarısıdır. Hər şey çox normal və qaydalara uyğun şəkildə davam edir. Ümid edirəm ki, preoses sona qədər bu şəkildə sakit davam edəcək. Müşahidələrim əsasında deyə bilərəm ki, prosesin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edəcək. Bu gün burada müşahidəçi kimi iştirakımdan məmnunam. Azərbaycan xalqına ən xoş diləklərimi çatdırmaq istərdim".

Portuqaliyalı parlamentar bildirib ki, 50 nəfər beynəlxalq müşahidəçi seçki prosesini izləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR