Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT

Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT
12:34 11 Aprel 2018
99 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi “VAZ-2107” və Elmar Tağızadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

 

Nəticədə S.Abdullayev və sərnişinlərindən bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

 

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR