Play Store

Avroparlamentari: "Azərbaycanda prezident seçkiləri sabit və şəffaf keçirilir"

Avroparlamentari: "Azərbaycanda prezident seçkiləri sabit və şəffaf keçirilir"
12:57 11 Aprel 2018
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda prezident seçkiləri sabit və şəffaf keçirilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Avropa Parlamentinin müşahidə missiyasının sədri Devid Kempbell deyib.

O qeyd edib: "Bizim vəzifəmiz Azərbaycanda prezident seçkilərinin təşkilini və prosesin özünü müşahidə etmək və qiymətləndirməkdir. Və mən deyə bilərəm ki, seçkilər yaxşı təşkil olunub və yüksək səviyyədə keçirilir. Biz ədalətli seçki prosesini və səs verən bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verilməsini görməkdən şadıq".

Missiya rəhbəri qeyd edib ki, Azərbaycanda prezident seçkilərinin sabit və şəffaf keçirilməsi üçün görülən tədbirlər öz səmərəliliyini nümayiş etdirir:

"Seçkilərdə iştirak Avropa Parlamentinin müşahidə qrupu üçün də müsbət təcrübə olacaq. Müşahidə zamanı biz hər hansı pozuntu ilə qarşılaşmamışıq. Seçki prosesi sabitdir və bu, yalnız sevindirə bilər".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR