Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT

Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT
13:17 11 Aprel 2018
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Milli.Az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi "VAZ-2107" və Elmar Tağızadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə S.Abdullayev və sərnişinlərindən bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/641198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR