Çexiya Parlamentinin deputatı: "Seçkilər ədalətli, şəffaf və demokratik keçir"

Çexiya Parlamentinin deputatı: "Seçkilər ədalətli, şəffaf və demokratik keçir"
14:06 11 Aprel 2018
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda prezident seçkiləri ədalətli, şəffaf və demokratik keçir. Seçici məntəqələrində bütün lazımi şərait yaradılıb, müasir avadanlıq quraşdırılıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 nömrəli seçki məntəqəsində seçkiləri izləyən ATƏT PA-nın Çexiyadan olan müşahidəçilər qrupunun üzvü, Çexiya Parlamentinin deputatı Zdenek Ondraçek bildirib.

Z.Ondraçek deyib: "Qrupumuzun işindən məqsəd Azərbaycan Respublikasında keçirilən prezident seçkilərinin gedişi ilə tanış olmaq, həmçinin müşahidələrin nəticəsi barədə hesabat hazırlamaqdır. Hazırda biz təşkilatçılığın səviyyəsindən razıyıq, seçicilərin yüksək fəallığını xüsusilə qeyd etmək istərdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR