Ataqarayev Dyusenbay: "Prezident seçkiləri qanunvericiliyə uyğun keçirilir"

Ataqarayev Dyusenbay: "Prezident seçkiləri qanunvericiliyə uyğun keçirilir"
14:22 11 Aprel 2018
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident seçkilərində Tovuzda səsvermə prosesini izləyən beynəlxalq müşahidəçi seçki məntəqələrində qanun pozuntuları ilə rastlaşmadığını, prosesin demokratik, qanunvericiliyə uyğun keçirildiyini bildirib.

Milli.Az xəbər verir ki, səhər saatlarından başlayaraq 105 saylı Tovuz və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrini əhatə edən seçki məntəqələrində səsvermə prosesini izləyən MDB-nin Müşahidə Missiyasının nümayəndəsi Ataqarayev Dyusenbay AZƏRTAC-a müsahibəsində səsvermənin tam şəffaf və demokratik keçdiyini, günorta saatlarınadək hər hansı qanun pozuntusuna rast gəlmədiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR