Play Store

Bolqarıstanlı deputat: "Gənclərin səsvermədə fəallığı sevindirici haldır"

Bolqarıstanlı deputat: "Gənclərin səsvermədə fəallığı sevindirici haldır"
14:27 11 Aprel 2018
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Müşahidə apardığım seçki məntəqələrində vətəndaşların şəffaf, sərbəst şəkildə səs vermələri üçün yaxşı şərait yaradılıb. Heç bir qanun pozuntusuna rast gəlmədim. Ümid edirəm ki, belə də davam edəcək.

Milli.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində səsvermə prosesini izləyən bolqarıstanlı deputat Hamid Hamid bildirib.

O qeyd edib ki, insanlar fəal şəkildə, yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak edirlər. Gənclərin fəallığını xüsusi qeyd etmək istəyirəm. Bu, çox sevindirici haldır. Gənclərin dövlət idarəçiliyində, qərar qəbuletmədə iştirakı çox əhəmiyyətlidir.

Bolqarıstanlı deputat üçüncü dəfədir ki, Azərbaycanda seçkiləri izlədiyini deyib. O qeyd edib ki, Azərbaycan xalqının daha yaxşı günləri irəlidədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR