Moldovada yaşayan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edir

Moldovada yaşayan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edir
14:37 11 Aprel 2018
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Moldovada yaşayan Azərbaycan vətəndaşları saat 08:00-dan başlayaraq ölkəmizin Kişineudakı səfirliyində səsvermədə fəal iştirak edirlər.

Milli.Az AZƏRTAC-a istinadən məlumatına görə, yerli vaxtla saat 10:00-a olan məlumata görə, qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 20 faizi səsvermədə iştirak edib.

Moldovanın bir sıra şəhərlərində, o cümlədən Rumıniyada yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr Moldovadakı səfirliyə gələrək öz seçimlərini edirlər.

Rumıniyada konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşları az olduğundan onlar Moldovadakı diplomatik nümayəndəliyimizdə yaradılan seçki məntəqəsində səs verirlər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR