"Qanun pozuntusu ilə bağlı heç bir şikayət daxil olmayıb" - MSK sədri

"Qanun pozuntusu ilə bağlı heç bir şikayət daxil olmayıb" - MSK sədri
14:39 11 Aprel 2018
52 Digər
Ölkə mətbuatı
A- A+

"Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb".

 

APA-nın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

 

O bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir.

 

 

MSK sədrinin sözlərinə görə, seçki prosesi tam şəffaf aparılır: "Bunu həm də beynəlxalq müşahidəçilərin fikrinə əsasən demək olar. Onların hamısı səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olduğunu bildiriblər".

 

M. Pənahov qeyd edib ki, indiyədək MSK-ya hər hansı qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR