Latviya parlamentinin üzvü: "Seçki məntəqələrində çox yaxşı infrastruktur yaradılıb"

Latviya parlamentinin üzvü: "Seçki məntəqələrində çox yaxşı infrastruktur yaradılıb"
14:52 11 Aprel 2018
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Seçki məntəqələrində çox yaxşı infrastruktur yaradılıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Latviya parlamentinin iqtisadiyyat komitəsinin sədri Roman Naudinş deyib.

O bildirib: "Məntəqələr müasir avadanlıqlarla təchiz olunub, məni daha çox hər məntəqədə veb-kameraların sayı heyrətləndirib. Bu, dünyanın istənilən yerindən seçki prosesinə nəzarət etməyə imkan verir".

Onun sözlərinə görə, müsbət amil məhdud imkanları olan şəxslərə səsvermə üçün bütün imkanların yaradılmasıdır:

"Məntəqəyə gəlmək imkanı olmayan şəxslərə evdən səs vermək imkanının təmin olunması çox vacibdir. Bu, ilk növbədə qocalara və əlillərə aiddir".

R.Naudinş qeyd edib ki, prezident seçkiləri barədə təəssürat müsbətdir:

"Biz Nizami rayonunda bir sıra seçki məntəqələrində olmuşuq. Heç bir pozuntu müşahidə olunmayıb".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR