Play Store

Cocuq Mərcanlı sakinləri 26 ildən sonra ilk dəfə doğma kəndlərində səs verirlər - FOTO

Cocuq Mərcanlı sakinləri 26 ildən sonra ilk dəfə doğma kəndlərində səs verirlər - FOTO
15:05 11 Aprel 2018
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri 26 ildən sonra ilk dəfə öz doğma torpaqlarında səs verirlər. Səsvermə Mərkəzi Seçki Komissiyasının qərarı ilə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin dislokasiyası daxilində Cocuq Mərcanlı kəndində yaradılmış 73 saylı seçki məntəqəsində keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səhər saatlarından Cocuq Mərcanlıdakı klub-icma mərkəzində yerləşən 73 saylı seçki məntəqəsində qələbəlik hökm sürürdü. Kənd sakinləri böyük ruh yüksəkliyi ilə seçki məntəqəsinə gələrək, vətəndaşlıq borclarını yerinə yetirir, istədikləri namizədə səs verirdilər.

Məntəqə seçki komissiyasının sədri Zamin Həziyev bildirib ki, 121 seçicinin qeydə alındığı məntəqədə səsvermənin şəffaf və demokratik keçirilməsi, seçicilərin rahatlığı üçün hər cür şərait yaradılıb. Kənd sakinləri səsvermədə fəal iştirak edirlər.

Kənd sakini Esmira Orucova səsverməyə yüksək əhval-ruhiyyə ilə gəldiyini deyib: "Sevincimizin həddi-hüdudu yoxdur. Uzun illərdən sonra ilk dəfə doğma torpağımızda - Cocuq Mərcanlıda səs veririk".

Cocuq Mərcanlının digər sakini Şahəddin Hüseynov da söhbətə qoşularaq təəssüratlarını bölüşüb: "Kəndin digər sakinləri kimi mən də seçkidə iştirak etdim. Səsvermənin gedişindən, yaradılan şəraitdən razıyam. Arzu edirəm ki, işğal altında olan bütün torpaqlarımız tezliklə azad edilsin və digər məcburi köçkünlərə də növbəti seçkilərdə öz doğma yurdlarında səs vermək nəsib olsun".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/641245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR