Oleq Tarasov: "Heç bir qayda pozuntusu müşahidə edilməyib”

Oleq Tarasov: "Heç bir qayda pozuntusu müşahidə edilməyib”
15:13 11 Aprel 2018
76 Digər
Ölkə mətbuatı
A- A+

“Seçkilər qanunvericiliyə uyğun şəkildə keçirilir. Hər hansı qanun pozuntusu qeydə almamışıq”.

Bu sözləri Publika.az-a açıqlamasında Prezident seçkilərini 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsində izləyən MDB-dən olan müstəqil müşahidəçi Oleq Tarasov deyib.

O.Tarasov bildirib ki, səsvermə prosesində kənar şəxslərin müdaxiləsi yoxdur:

"Müşahidələrimə əsasən deyə bilərəm ki, ölkənizdə insanlar öz hüquqlarını yaxşı bilir. Müşahidəçilər seçki məntəqələrində səsvermənin gedişini izləyirlər. Hər şey normaldır. Heç bir qayda pozuntusu müşahidə edilməyib”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR