17 saylı Yasamal üçüncü seçki dairəsində seçicilərin 32,3 faizi səs verib

17 saylı Yasamal üçüncü seçki dairəsində seçicilərin 32,3 faizi səs verib
15:27 11 Aprel 2018
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 11-də səhər saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 17 saylı Yasamal üçüncü seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də prezident seçkilərinə mütəşəkkil qaydada başlanılıb.

Milli.Az xəbər verir ki, Dairə seçki komissiyasının sədri Qədir Kərimovun AZƏRTAC-a verdiyi məlumata görə, dairə üzrə 28 daimi, 30 müvəqqəti məntəqə seçki komissiyaları fəaliyyət göstərir. Müvəqqəti seçki məntəqələrindən 29-u ölkə hüdudlarından kənarda yaşayan 11 min 532 seçicinin səs verə bilməsi üçün Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında yaradılıb.

Dairə üzrə 10 seçki məntəqəsində veb-kamera, fiziki imkanı məhdud seçicilərin qeydiyyata alındığı bütün məntəqələrdə isə panduslar quraşdırılıb.

17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə, ümumilikdə, 58 məntəqədə 40 min 68 seçici qeydə alınıb. Dairə üzrə 483 nəfər ilk dəfə prezident seçkilərində iştirak edir. Seçicilər arasında yaşı 90-dan yuxarı olan 48 nəfər qeydə alınıb. Ən yaşlı seçicilərin isə 96 yaşı var (2 nəfər).

Seçkilərin gedişini 359 yerli müşahidəçidən əlavə, beynəlxalq müşahidəçilər də izləyirlər.

Dairənin əhatə etdiyi seçki məntəqələrində yerli vaxtla saat 10:00-da seçicilərin 5, saat 12:00-da 32,3 faizi səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/641271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR