DİN seçki məntəqəsi önündə mitinqə cəhd barədə məlumatları təkzib edib

DİN seçki məntəqəsi önündə mitinqə cəhd barədə məlumatları təkzib edib
15:34 11 Aprel 2018
44 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycandan kənarda fəaliyyət göstərən “Meydan TV” bu gün xəbər yayıb ki, Azərbaycanda keçirilən prezident seçkiləri zamanı seçki məntəqələrindən birinin önündə mitinq keçirmək istəyən bir qrup şəxs polis zorakılığına məruz qalıb. “Meydan TV” öz ənənəsinə sadiq qalaraq bu dəfə də ölkəmiz haqqında qarayaxmalarını davam etdirir".
 
 
 
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu haqda yayılmış məlumatla əlaqədar APA-nın sorğusuna cavab olaraq bildirilib.
 
 
 
“Belə ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində vətəndaşlarımız öz səsvermə hüquqlarından istifadə edərək yüksək fəallıq göstərirlər. Seçkilər tam demokratik və aşkarlıq şəraitində davam edir, bunu seçkiləri müşahidə edən beynəlxalq və yerli müşahidəçilər də təsdiqləyirlər. Hal-hazıra qədər ölkənin heç bir yerində hansısa seçki məntəqəsinin önündə toplantı, yığıncaq, mitinq keçirilməsi faktı qeydə alınmayıb. Gücləndirilmiş iş rejimində xidmət edən daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai asayiş və ictimai təhlükəsizlik yüksək səviyyədə təmin olunur və vətəndaşların səs verdiyi hər hansı məntəqədən ictimai asayişin pozulması və ya hər hansı qanunazidd hərəkət barədə polisə heç bir məlumat daxil olmayıb. Odur ki, “Meydan TV”nin yaydığı bu böhtan xarakterli məlumatı tirajlayan digər sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, ölkəmiz və vətəndaşlarımızın yüksək fəallıq nümayiş etdirdiyi seçkilər barədə həqiqəti əks etdirməyən, böhtan və qərəzdən yoğrulmuş uydurma məlumatları yaymaqla öz oxucularını və izləyicilərini çaşdırmasınlar”, - deyə DİN mətbuat xidmətindən qeyd olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR