Eli Naxt: "Gənclərin seçkilərdə fəal iştirakı onların cəmiyyətdəki rolunun yaxşı göstəricisidir"

Eli Naxt: "Gənclərin seçkilərdə fəal iştirakı onların cəmiyyətdəki rolunun yaxşı göstəricisidir"
15:37 11 Aprel 2018
41 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gənclər prezident seçkilərində fəal iştirak edirlər. Gənclərin bu fəallığı onların cəmiyyətdəki rolunun yaxşı göstəricisidir. Bu, onların ölkə həyatının demokratikləşməsi prosesinin bir hissəsi olduğunu göstərir".

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin üzvü, vəkil Eli Naxt deyib.

Müşahidə zamanı hər hansı bir qanun pozuntusuna rast gəlmədiyini söyləyən Eli Naxt Azərbaycanda seçkilərin demokratik şəraitdə keçirildiyini vurğulayaraq deyib: "Olduğumuz məntəqələrdə yüksək seçici fəallığı gördük. Səsvermə prosesi qaydalar çərçivəsində gedirdi. Seçicilər sərbəst surətdə məntəqəyə daxil olur, şəxsiyyətlərini təsdiq edən sənədi təqdim edir, bülleten alıb kabinəyə daxil olur və öz iradələrini azad surətdə ifadə edirlər".

Səsvermə prosesində seçici fəallığının əhəmiyyətinə toxunan Eli Naxt deyib: "Bu, bir daha göstərir ki, ölkənin gələcək taleyi vətəndaşları düşündürür. Onlar inanırlar ki, qarşıdakı illərdə Azərbaycan daha surətlə inkişaf edəcək, xalqın rifahı daha da yaxşılaşacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR