Play Store

TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə edir - FOTO

TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə edir - FOTO
15:47 11 Aprel 2018
55 Ölkə
Ölkə mətbuatı
A- A+

TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən erkən prezident seçkilərinin müşahidəsinə başlayıb.

Milli.Az xəbər verir ki, TÜRKPA-dan Trend-ə verilən məlumata görə, missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir.

Seçkilər başladıqdan indiyə qədər TÜRKPA müşahidəçiləri 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1, 2, 12, 13 və 5 saylı məntəqələrini və 42 saylı Sumqayıt seçki dairəsinin 9, 10, 22 saylı seçki məntəqələrini ziyarət etmişdir. Sumqayıtdan sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Xırdalan şəhərinə hərəkət edəcək.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR