Sarvar Otamuratov: "Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq normalara uyğundur"

Sarvar Otamuratov: "Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq normalara uyğundur"
16:22 11 Aprel 2018
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq normalara, ölkənin Seçki Məcəlləsinə uyğundur.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində səsvermənin gedişini izləyən Özbəkistan parlamentinin deputatı Sarvar Otamuratov bildirib.

Sarvar Otamuratov deyib: "Biz ondan çox məntəqədə olduq və seçkilərin demokratik, şəffaf şəkildə keçirilməsinin şahidi olduq. Bütün məntəqələrdə müşahidəçilər var idi. Bizim olduğumuz bir çox məntəqələrdə veb-kameralar quraşdırılıb və səsvermə prosesi onlayn izlənilir. Biz seçicilərlə ünsiyyətdə olduq və onlar hər şeydən razı olduqlarını bildirdilər. Ümid edirəm ki, seçkilər başa çatana qədər də heç bir qanun pozuntusu baş verməyəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR