Bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Medianın tanınmış nümayəndələri də seçkidə fəal iştirak edir.
Publika.az xəbər verir ki, “Gündəlik Teleqraf” Holdinqin baş direktoru Aynur Camal Nərimanov rayonu 20 saylı seçki dairəsinin 23 saylı məntəqəsində səs verdiyini deyib:
“Mən İlham Əliyevə səs verdim. Çünki Qarabağı o azad edəcək”.
“Yeni Müsavat”ın baş redaktoru Rauf
Arifoğlusəsvermə hüququndan istifadə etdiyini
açıqlayıb:
“36 saylı 4-cü Xətai seçki dairəsinin 10 saylı məntəqəsindən səs
verdim. Məntəqədə ombudsmanımız Elmira Süleymanovanı gördüm.
Maşallahı var. 2003-2005-ci illərdə cəza evində olanda tez-tez
ziyarətimə gələrdi. İndi də mən onu ziyarət etmiş oldum”.
Trend İnformasiya Agentliyində baş direktorun korporativ inkişaf
üzrə müavini Arzu Nağıyev Nərimanov rayonu 16
saylı seçki məntəqəsinin yerləşdiyi 200 saylı məktəbdən, “APA
Holdinq”in prezidenti Vüsalə Mahirqızı Sabunçu
rayonu, Zabrat-1 qəsəbəsi 20 saylı seçki dairəsindən səs
veriblər.
“Yeni çağ”ın baş redaktoru Aqil Ələsgərli 29 saylı
Səbael Seçki Dairəsində yerləşən 49 saylı məktəbdə səs verib.
Səsvermə zamanı maraqlı məqamla qarşılaşıb. Bir nəfər şəxsiyyət
vəsiqəsi olmadan səs vermək istəyirmiş:
“Səsvermə prosesini müşahidəçilər izləyirdilər. Yaşlı bir xanım şəxsiyyətini təsdiq edən sənəd olmadan səs vermək istəyirdi. Məntəqə katibi icazə vermədi. Ümumilikdə, bizim məntəqədə xanımların səsvermə prosesində daha aktiv olduqlarını müşahidə etdim”