Play Store

Vyanada yaradılmış seçki məntəqəsində səsvermə prosesi davam edir

Vyanada yaradılmış seçki məntəqəsində səsvermə prosesi davam edir
17:27 11 Aprel 2018
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Vyanadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36-cı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

Səsvermə prosesi Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Buradakı məntəqədə qeydiyyatda olan 80 vətəndaşımızın azad, demokratik və şəffaf şəkildə səs vermələri üçün bütün şərait yaradılıb. Məntəqə zəruri avadanlıqla təmin edilib.

Milli.Az-ın məlumatına görə, məntəqə seçki komissiyasından AZƏRTAC-a bildirilib ki, məntəqədə Avstriyada və səfirliyin akkreditə olunduğu Sloveniya və Slovakiyada yaşayan, eləcə də hazırda Avstriyada ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR