Ukraynalı deputat: "Azərbaycanda prezident seçkiləri demokratiya şəraitində keçir"

Ukraynalı deputat: "Azərbaycanda prezident seçkiləri demokratiya şəraitində keçir"
17:37 11 Aprel 2018
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda prezident seçkiləri demokratiya şəraitində və ölkə qanunvericiliyinə uyğun olaraq keçir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ukrayna parlamentinin deputatı, GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Parlament Assambleyasının müşahidə missiyasının üzvü Oleq Medunitsa deyib.

O.Medunitsa bildirib ki, seçki məntəqələrində səsvermə prosesi aktiv davam edir: "Yerlərdə heç bir pozuntu müşahidə olunmur. Səsvermə tam sabitlik mühitində davam edir".

Ukraynalı deputat onu da qeyd edib ki, Azərbaycan Ukrayna üçün dost ölkədir və ölkələr arasında ikitərəfli münasibətlər daim inkişaf edir.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib.

Mill.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR