​NATO-nun baş katibi Türkiyəyə gəlir -Vacib məsələlər müzakirə ediləcək

NATO-nun baş katibi Yens Stoltenberq aprelin 16-da Türkiyəyə rəsmi səfər edəcək.

Metbuat.az xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə Naziri Nürəddin Canikli ilə görüşəcək.

Görüş zamanı Türkiyə-NATO münasibətləri, "Zeytun budağı" əməliyyatı, terrorla mübarizə, 2018-ci il Brüssel Zirvə toplantısı hazırlıqları və regional məsələlər müzakirə ediləcək.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR