"Seçki komissiyalarının əməkdaşları onlara həvalə edilmiş vəzifələrin öhdəsindən böyük peşəkarlıqla gəlirlər"

"Seçki komissiyalarının əməkdaşları onlara həvalə edilmiş vəzifələrin öhdəsindən böyük peşəkarlıqla gəlirlər"
17:57 11 Aprel 2018
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin dəvətinə müvafiq olaraq, MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupu aprelin 11-də Azərbaycan Respublikası prezidenti seçkilərinin monitorinqini həyata keçirir.

Qrupun əlaqələndiricisi Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovdur. 17 müşahidəçidən ibarət olan qrupa MDB PA-nın iştirakçısı olan 6 dövlətin (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan) ali qanunvericilik orqanlarından olan nümayəndələr və deputatlar, həmçinin MDB PA-nın Şurası Katibliyinin əməkdaşları və MDB PA-nın demokratiyanın inkişafı üzrə Beynəlxalq Monitorinq İnstitutunun ekspertləri daxildir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalistlərə müsahibəsində seçkilərin yüksək səviyyədə təşkilini və seçicilərin fəallığını qeyd edən İlyas Umaxanov vətəndaşların təkcə Bakıda deyil, ölkənin regionlarında da səsvermədə fəal olduqlarına əminliyini bildirib. Azərbaycan Respublikası seçki qanunvericiliyinə edilən dəyişiklikləri müsbət dəyərləndirən İ.Umaxanov sonda diqqətə çatdırıb ki, seçki komissiyalarının əməkdaşları onlara həvalə edilmiş vəzifələrin öhdəsindən böyük peşəkarlıqla gəlirlər.

Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının qanunvericilik və insan haqları komitəsinin üzvü Tolibek Buxoriyev və Qazaxıstan Respublikası Parlamenti Məclisinin sosial-mədəni inkişaf komitəsinin üzvü Cəmilə Nurmanbetova da öz təəssüratlarını bölüşüblər. Onlar bildiriblər ki, Azərbaycanda prezident seçkiləri şəffaf və demokratik formada keçir, məntəqələrdə vətəndaşların öz siyasi iradələrini nümayiş etdirmələri üçün bütün şərait yaradılıb. Seçki məntəqələri ən müasir avadanlıqla təchiz edilib, veb-kameralar quraşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR