Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvləri Mərkəzi Seçki Komissiyasında olublar

Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvləri Mərkəzi Seçki Komissiyasında olublar
17:57 11 Aprel 2018
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 11-də Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvləri Mərkəzi Seçki Komissiyasında (MSK) olublar.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qrupun üzvü, Avropa Parlamentinin deputatı Ryszard Czarnecki Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdiklərini söyləyib, şəffaflığın təmin olunması üçün seçki məntəqələrində görülən işlərin, xüsusilə də veb-kameraların quraşdırılmasının təqdirəlayiq olduğunu bildirib. O, apardıqları müşahidə zamanı seçicilərin sərbəst şəkildə səs verdiklərinin şahidi olduqlarını qeyd edib.

MSK sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib. O deyib ki, dünyanın 59 ölkəsindən gəlmiş 894 beynəlxalq müşahidəçi bu gün səsvermənin gedişini izləyir. Beş milyon 300 mindən artıq seçicinin sərbəst, azad şəkildə səs verməsi üçün hər cür şərait yaradılıb. MSK sədri fiziki və görmə məhdudiyyətli, eləcə də cəzaçəkmə müəssisələrində olan vətəndaşların da səsvermə hüquqlarından istifadə etmələri üçün lazımi işlərin görüldüyünü diqqətə çatdırıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR