Play Store

Ramiz Mehdiyevdən SƏRT SÖZLƏR: “Normal adam bu cür etməz”

Ramiz Mehdiyevdən SƏRT SÖZLƏR: “Normal adam bu cür etməz”
17:58 11 Aprel 2018
44 Digər
Ölkə mətbuatı
A- A+

“Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər xaricə qaçaraq sonradan Azərbaycanı pisləyirlər”.

Publika.az xəbər verir ki, bu sözləri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə tanınır: “Bu insanların etdikləri yaxşı hal deyil. Hər halda Azərbaycan xalqına xas olan xüsusiyyət deyil. Onların mədəniyyəti, tərbiyəsi yerində olmadığı üçün belə faktlara əl atır”.

Ramiz Mehdiyev qeyd edib ki, xaricdə olan bəzi vətəndaşlarımızın Azərbaycana qarşı çirkin kompaniya aparmasını çox pis qiymətləndirir: “Hesab edirəm ki, normal adam bu cür etməz. Çünki bir var daxili müxalifət, birdə var ki, xaricə gedib ölkəmizə qara yaxanlar. Heç bir millət nümayəndəsi bu yola düşmür. Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər xaricə qaçaraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, Azərbaycanı pisləyirlər”.

İlhamə


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR