ATƏT-in missiya rəhbəri: "Bu seçkilər insanların seçim və iradəsini ifadə edəcək"

"Biz ümid edirik ki, sakit və dinc seçki günü olacaq".

Metbuat.az-ın məlumatına görə, bunu ATƏT-in ümumi qısamüddətli missiyasının rəhbəri, ATƏT PA və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar xanım Nilza de Sena deyib.

"Ümid edirəm ki, bu seçkilər insanların seçim və iradəsini ifadə edəcək. Bütün Azərbaycan xalqı ilə həmrəyliyimi ifadə edirəm və xoş niyyətlərimi çatdırıram" - deyə, o söyləyib".

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası martın 15-dən fəaliyyətə başlayıb.

Mağazaya anidən ildırım düşdü və yanğın başladı - VİDEO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR