Ramiz Mehdiyev: "Xaricə gedərək Azərbaycana qara yaxıb hörmətdən salmağa çalışmaq yaxşı hal deyil"

Ramiz Mehdiyev: "Xaricə gedərək Azərbaycana qara yaxıb hörmətdən salmağa çalışmaq yaxşı hal deyil"
18:12 11 Aprel 2018
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev xaricdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını pisləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında bu halı çox pis qiymətləndirdiyini deyən R.Mehdiyev hesab edir ki, normal adam bu yolla getməməlidir:

"Bir var daxildə müxalifət, bir də var xaricə gedərək Azərbaycana qara yaxıb hörmətdən salmağa çalışmaq. Bu, yaxşı hal deyil".

R.Mehdiyev qeyd edib ki, təəssüflər olsun ki, böyük cinayətlər törədərək xaricə qaçan bəziləri oradan Azərbaycanı pisləməyə başlayıblar:

"Hər halda bu, Azərbaycan xalqına xas olan bir xüsusiyyət deyil. Görünür ki, həmin insanların mədəniyyəti, tərbiyəsi olmadığına görə belə xoşagəlməz yollara əl atırlar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR