Ukrayna: səsvermədə fəallıq 85 faizdən yuxarıdır

Ukrayna: səsvermədə fəallıq 85 faizdən yuxarıdır
18:52 11 Aprel 2018
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Yerli vaxtla saat 17:00-a olan məlumata görə, ölkəmizin Ukraynadakı səfirliyinin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 85 faizdən çoxu səsvermədə iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, gün ərzində Azərbaycanın Ukraynadakı səfirliyində seçici fəallığı müşahidə olunmaqdadır.

Ukraynanın Kiyev, Xarkov, Dnepr, Odessa, Sumı və bir sıra şəhərlərində yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları ölkəmizin Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini edirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR