Cəzaçəkmə müəssisələrində səsvermə - REPORTAJ

Cəzaçəkmə müəssisələrində səsvermə - REPORTAJ
18:54 11 Aprel 2018
75 Digər
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində prezident seçkiləri ilə bağlı səsvermə keçirilib.
 
 
 
APA TV-nin xəbərinə görə, prosesi izləmək üçün KİV nümayəndələri bir sıra cəzaçəkmə müəssisələrində olub.
 
 
 
İlk olaraq baş çəkdiyimiz məkan Penitensiar Xidmətin Müalicə Müəssisəsidir. Burada səsvermə hüququ olan məhbuslar səs verib.
 
 
 
Penitensiar Xidmətin Müalicə Müəssisəsində yaradılan 24 saylı Nizami Birinci Seçki Dairəsinin 36 saylı seçki məntəqəsində 439 nəfər səsvermədə iştirak edib.
 
 
 
Məhbuslar isə istədikləri namizədə sərbəst şəkildə səs verdiklərini bildiriblər: "Bu gün seçkilər çox gözəl təşkil edilib. Biz məhkumlara da çox gözəl şərait yaradıblar. Hətta MSK-nın verdiyi məlumata görə, gözdən əlillərə, fiziki qüsurlu olan insanlar üçün də şərait yaradıblar. Bu gün Azərbaycanda toy-bayramdır".
 
 
 
Penitensiar Xidmətin 7 Saylı Cəzaçəkmə Müəssisinin 33 saylı birinci Xətai seçki dairəsinin 40 saylı seçki məntəqəsində 812 məhkum səs verib.
 
 
 
Cəbhəçilərin təşəbbüs qrupundan müşahidəçi Heydər Əsədov cəzaçəkmə müəssisəsində heç bir qayda pozuntusuna rast gəlmədiyini bildirib: "Seçkinin gedişatında çox fəallıq var. Çox şəffaf keçirilir. Heç bir nöqsan müşahidə olunmayıb".
 
 
 
Penitensiar Xidmətin 10 Saylı Cəzaçəkmə Müəssisəsinin 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 35 Saylı seçki məntəqəsində isə 1010 nəfər səsvermədə iştirak edib.
 
 
 
Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 8 Saylı Binəqədi Seçki Dairəsinin 40 saylı seçki məntəqəsində seçicilərin sayı 1030 nəfər olub.
 
 
 
Səhər saatlarından başlayaraq bir neçə cəzaçəkmə müəssisəsində olduq. Seçki prosesini izlədik. Son olaraq isə 11 saylı Cəzaçəkmə Müəssisində olduq ki, burada da məhbuslar öz istədikləri namizədə səs verdi.
 
 
 
Qeyd edək ki, Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında da səsvermə prosesi keçirilib. Təcridxanada 310 məhkum səs verib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR