Baş Prokurorluq prezident seçkiləri ilə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq prezident seçkiləri ilə bağlı MƏLUMAT YAYDI
20:13 11 Aprel 2018
28 Digər
Ölkə mətbuatı
A- A+

Seçkilər zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu orqanlarına hər hansı müraciət daxil olmayıb.

Bu barədə Publika.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatıb. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR