İƏT: Azərbaycanda prezident seçkiləri bütün standartlara uyğun keçdi

İƏT: Azərbaycanda prezident seçkiləri bütün standartlara uyğun keçdi
20:37 11 Aprel 2018
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda prezident seçkiləri bütün standartlara uyğun keçdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç deyib.

Baş katib vurğulayıb ki, seçkilər çox yüksək səviyyədə keçib:

"Seçicilərin böyük fəallığı müşahid olunub. Ümid edirəm ki, Azərbaycan xalqının seçimi ölkəni daha da gücləndirəcək".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR