YAP və Azərbaycan Avtomobil Federasiyası prezident seçkilərində layiqli namizədin qələbəsi münasibətilə avtomobil yürüşü təşkil edib

YAP və Azərbaycan Avtomobil Federasiyası prezident seçkilərində layiqli namizədin qələbəsi münasibətilə avtomobil yürüşü təşkil edib
20:47 11 Aprel 2018
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Avtomobil Federasiyası (AAF) aprelin 11-də keçirilən prezident seçkilərində layiqli namizədin qələbəsini qeyd etmək məqsədi ilə avtomobil yürüşü təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 100-ə yaxın "offroad" avtomobili ilə edilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Qeyd edək ki, avtomobillər Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - 28 May küçəsi - Bülbül prospekti - Xaqani küçəsi - Azadlıq prospekti - Zərifə Əliyeva küçəsi - Neftçilər prospekti - Dövlət Bayrağı Meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - "Koroğlu" metrostansiyası - Heydər Əliyev prospekti - Gülarə Qədirbəyova küçəsi - Heydər Əliyev Mərkəzi marşrutu üzrə hərəkət ediblər.

Yürüşdə Yeni Azərbaycan Partiyası və Azərbaycan Avtomobil Federasiyasının üzvləri iştirak edirlər.

İştirakçılar aprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının seçkilərdəki namizədi İlham Əliyevə dəstək ifadə edən şüar və plakatlarla Bakının mərkəzi küçələri ilə keçid ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR