Əli Əhmədov: “Azərbaycan xalqı hər zaman olduğu kimi İlham Əliyevin müdrik siyasətini qiymətləndirdi”

Əli Əhmədov: “Azərbaycan xalqı hər zaman olduğu kimi İlham Əliyevin müdrik siyasətini qiymətləndirdi”
21:18 11 Aprel 2018
39 Digər
Ölkə mətbuatı
A- A+

“Mərkəzi Seçki Komissiyasınmın açıqladığı son məlumatalara görə, səsvermə hüququ olan vətəndaşların 3,9 milyondan çoxu seçkilərdə iştirak edib. Bu seçicilərin 74,5 faizini təşkil edir. Beləliklə, seçkilərin baş tutduğunu demək olar“.

Publika.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov prezident seçkilərinin nəticələri ilə bağlı YAP-ın təşkil etdiyi mətbuat konfransında deyib.

Əli Əhmədov bildirib ki, açıqlanan eksit-pollun nəticələrinə görə, hazırkı prezident İlham Əliyev 80 faizindən çox səs toplayıb:

“Müxtəlif təşkilatlar eksit-poll keçirib. Onların hər birində YAP-ın namizədinin 80 faizdən çox səs toplayıb. Bir neçə saat ərzində MSK-nın nəticələrlə bağlı ilk məlumatı açıqlayıb. Hesab edirik ki, eksit-pollun nəticələri MSK-nın açıqlayacağı nəticələrdən çox fərqli olmayacaq. Azərbaycan xalqı hər zaman olduğu kimi İlham Əliyevin müdrik və uzaqgörən siyasətini qiymətləndirdi”.

Onun sözlərinə görə, (YAP) Sədrinin müavini-İcra katibi növbəti 7 il ərzində İlham Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında Azərbaycanda yeni iqtisadi model formalaşdırılacaq, Azərbaycanın regional siyasisəti daha ciddi əsaslarla aparəlacaq, dünya birliyində Azərbaycanın mövqeyi daha da güclənəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR