Yevlaxda itkin düşən şəxsin meyiti Göyçayda tapıldı

Yevlaxda itkin düşən şəxsin meyiti Göyçayda tapıldı
21:34 11 Aprel 2018
141 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda kanaldan meyiti tapılan şəxsin kimliyi məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə bu gün axşam saatlarında Yuxarı Şirvan kanalının Göyçayın Cəyirli kəndi ərazisindən keçən hissəsində kişi meyiti tapılıb. Kənd sakinləri kanalda meyitin olması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti sudan çıxararaq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil veriblər. Araşdırma zamanı məlum olub ki, ölən şəxs Laçın rayon sakini, Yevlaxın Xaldan qəsəbəsində məskunlaşan 1981-ci il təvəllüdlü Heydərov Ağa Yavər oğludur. Ağa Heydərov 25 gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Onun ailə üzvlərinin müraciəti əsasında Yevlax rayon Polis Şöbəsi tərəfindən itkin düşən şəxs kimi qeydiyyata alınan A.Heydərovun axtarışına başlanılıb.

 

Məlum olub ki, Ağa Heydərov Xaldan qəsəbəsindən keçən Yuxarı Şirvan kanalına özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR