Play Store

Əli Əhmədov: "İlham Əliyevə səs verən hər bir vətəndaş Azərbaycanın inkişafı yolunda böyük xidmət göstərib"

Əli Əhmədov: "İlham Əliyevə səs verən hər bir vətəndaş Azərbaycanın inkişafı yolunda böyük xidmət göstərib"
22:42 11 Aprel 2018
72 Ölkə
Ölkə mətbuatı
A- A+

İlham Əliyevə səs verən hər bir vətəndaş Azərbaycanın inkişafı yolunda böyük xidmət göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Bakıda YAP tərəfindən keçirilən "İlhamla irəli" adlı konsert proqramı zamanı jurnalistlərə deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan daha da güclənəcək, inkişaf edəcək:

"2025-ci ildə biz daha güclü, daha möhtəşəm, daha əzəmətli Azərbaycana sahib olacağıq. Bu gün İlham Əliyevin seçki kampaniyasında böyük fədakarlıq göstərmiş bu gənclər 2025-ci ildə Azərbaycanın inkişafı yolunda fədakarlıq göstərəcəklər. Hesab edirəm ki, İlham Əliyevə səs verən hər bir Azərbaycan vətəndaşı Azərbaycanın inkişafı yolunda böyük xidmət göstərib".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR