Play Store

Yaponiyada torpaq sürüşməsi nəticəsində itkin düşənlər var

Yaponiyanın cənub-qərbində yerləşən Oita prefekturasında torpaq sürüşməsi nəticəsində itkin düşən altı nəfərin axtarışları davam etdirilir.

Metbuat.az xəbər verir ki, Oita prefekturasının Nakatsu şəhərinin polis idarəsi aprelin 11-də səhər saatlarında torpaq sürüşməsi barədə məlumat alıb.

Şəhər rəhbərliyinin xahişinə əsasən, yerli tikinti assosiasiyaları sürüşmə olan ərazidə axtarışların aparılması üçün ağır texnika ayırıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR