Maduro sammitdə iştirak etməkdən imtina etdi

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Peruda keçiriləcək Amerika sammitində iştirak etməyəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə venesuelalı lider özü bəyan edib.

N.Maduro bildirib: "Qərara aldım ki, Limada keçiriləcək Amerika sammitində iştirak etməyim və Venesuela xalqı ilə bir yerdə qalım".

Bolivar Respublikasının lideri bildirib ki, forumda iştirak etmək Venesuelanın planlarına daxil olan prioritet məsələlərdən deyil. O əlavə edib ki, region rəhbərlərinin bu görüşü "vaxt itkisidir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR