“Skripalın işi” üzrə araşdırmanın nəticələri Böyük Britaniyaya təqdim edilib

“Skripalın işi” üzrə araşdırmanın nəticələri Böyük Britaniyaya təqdim edilib
07:14 12 Aprel 2018
117 Digər
Ölkə mətbuatı
A- A+

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) nümayəndələri “Skripalın işi” üzrə araşdırmanın nəticələrini Böyük Britaniyaya təqdim edib.

 

APA-nın məlumatına görə, bu barədə “Daily Mail” Britaniya XİN nümayəndəsinə istinadən xəbər verib.

 

"Qaydalara uyğun olaraq, sorğumuz əsasında hesabatın son versiyası bizə təqdim edilib", deyə Böyük Britaniya Xarici işlər nazirliyinin nümayəndəsi bildirib.

 

Sənədlə bağlı rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir. Həmçinin “Skripalın işi” üzrə araşdırma Kimyəvi Silahlar Konvensiyasına üzv ölkələrə də göndəriləcək.

 

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR