Polis bir neçə yüz metr qovub tutdu

Polis bir neçə yüz metr qovub tutdu
11:09 12 Aprel 2018
87 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda oğurluğa cəhd edən şəxs tutulub.

 

Lent.az xəbər verir ki, aprelin 11-də saat 04:05 radələrində Lökbatan qəsəbəsində yerləşən “Aqrovest” adlanan bazarda nəzarətçi işləyən Elnur Vəliyevə məxsus “Samsung” markalı mobil telefonu oğurlayıb qaçan şəxsi polis təqib edib. Nəticədə əvvəllər Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə məhkum olunmuş, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Toğrul Akif oğlu zərərçəkənin səs-küyünə gələn Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulub. O, polis tərəfindən təqib edilərək bir neçə yüz metr kənarda saxlanılaraq maddi sübutla birlikdə ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR