Play Store

Ərinin ölümünün ildönümü günü qardaşı ilə birgə can verdi - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Ərinin ölümünün ildönümü günü qardaşı ilə birgə can verdi - DƏHŞƏTLİ TƏFƏRRÜAT
11:29 12 Aprel 2018
114 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunun Qızılhacılı kəndində bacı və qardaşın ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

 

Lent.az xəbər verir ki, aprelin 10-da “Mercedes” markalı avtomobilə çırpılan “VAZ 2107”dəki şəxslər qəbiristanlıqdan qayıdırmış. Belə ki, bir neçə il əvvəl aprelin 10-da Qızılhacılı kənd sakini Cəmilə Məmmədovanın həyat yoldaşı vəfat edib. Bu səbəbdən də o, bacısı, gəlini və nəvəsi ilə birgə qardaşı Sahib Abdullayevin maşını ilə kənd qəbiristanlığına ziyarətə gedib. Ziyarətdən geri qayıdan ailə üzvləri kənd yolunda sürətlə hərəkət edən “Mercedes”in zərbəsinə tuş gəlib.

 

Bildirilir ki, Sahib Abdullayevin idarə etdiyi avtomobili vuran “Mercedes”in sürücüsü Elmar Tağızadənin sürücülük vəsiqəsi olmayıb. O, məktəbi yeni bitirib və hərbi xidmətə yola düşməyə hazırlaşırmış. Aprelin 13-də həbi xidmətə yollanmalı olan Elmar atasından xahiş edərək maşınını alıb və dostları ilə yola çıxıb. Onlar yolda digər dostlarının idarə etdiyi “Toyota Prado” ilə ötüşüblər. Ötüşmə zamanı “Mercedes” “Prado”ya sürtünüb və sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə keçib. Nəticədə avtomobil öz yolu ilə hərəkət edən “VAZ 2107”yə çırpılıb. Qəza vaxtı “Mercedes”in spidometri saatda 137 kilometr sürətlə hərəkət edirmiş.

 

Digər məlumata görə, qəza vaxtı “Mercedes”i Elmar deyil, digər dostu sürürmüş.

 

Qeyd edək ki, dəhşətli hadisə nəticəsində S.Abdullayev və sərnişinlərindən bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb. C.Məmmədovanın qızı, gəlini və nəvəsi isə ağır xəsarət alıb.

 

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR