Ruhani İlham Əliyevi təbrik etdi

Ruhani İlham Əliyevi təbrik etdi
11:34 12 Aprel 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının prezidenti Həsən RuhaniAzərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, təbrik məktubunda deyilir:

 

“Sizi yenidən prezident seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu seçim Azərbaycan xalqının hökumətinizin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiyini və sizin rəhbərliyinizlə bu inkişafın davam etdirilməsində maraqlı olduqlarını göstərir. Şübhəm yoxdur ki, iki ölkə xalqlarının oxşar mədəni, dini və tarixi köklərinə əsaslanan İran-Azərbaycan dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdiriləcək. Allahdan sizin üçün sağlamlıq və müvəffəqiyyət, Azərbaycan xalqı üçün rifah diləyirəm”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR