Play Store

Qanda şəkərin səviyyəsini ölçmək üçün “ağıllı” plastır yaradılıb

Qanda şəkərin səviyyəsini ölçmək üçün “ağıllı” plastır yaradılıb
11:35 12 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Bata Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış xüsusi plastır insanın toxuma mayesində qlükozanın səviyyəsini fasiləsiz izləmək qabiliyyətinə malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, şəkərli diabetdən əziyyət çəkən insanlar daima qanda qlükozanın səviyyəsinə nəzarət etməlidir, çünki insulin çatışmazlığı səbəbindən qlükozanın səviyyəsi xeyli yüksələ bilər. İndi bu məqsədlə qlükometrdən istifadə olunur. Analiz üçün damcı qan lazımdır. Gün ərzində bir neçə dəfə qan alma proseduru müəyyən narahatlıq yaradır və alimlər qeyri-invaziv metodun yaradılması üzərində aktiv işləyirlər.
 
Britaniyalı alimlərin həlli insanın toxuma mayesində qlükozanın konsentrasiyasını ölçən dəriyə bərkidilən plastır formasındadır.
 
İstehsalçılar plastırın prototipini öncə donuz, daha sonra insan dərisi üzərində uğurla sınaqdan keçiriblər. Sınaqların nəticəsinə görə, sözügedən qurğu 6 saat ərzində qanda şəkərin səviyyəsini fasiləsiz müəyyənləşdirmək qabiliyyətinə malikdir və indi alimlər bu göstəricini yaxşılaşdırmaq niyyətindədir.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-53855-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR