Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi: Seçkilər səmərəli qaydada və müsbət mühitdə təşkil olunub

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi: Seçkilər səmərəli qaydada və müsbət mühitdə təşkil olunub
11:37 12 Aprel 2018
26 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mərkəzi ofisi Brüssel şəhərində yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin müşahidə missiyasının qənaətinə görə, aprelin 11-də keçirilən prezident seçkiləri azad keçirilib, səmərəli qaydada və müsbət mühitdə təşkil olunub. Kampaniya müddətində heç bir qayda pozuntusu qeydə alınmayıb" .

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu missiyanın rəhbəri, Mərkəzin baş icraçı direktoru Klod Monike bu gün keçirdikləri brifinqdə deyib.

O bildirib ki, aprelin 11-də Bakı ərazisində 20 seçki məntəqəsində müşahidə aparıblar:

"Müşahidələr zamanı seçkilərin dinc, yüksək şəffaflıq, beynəlxalq standartlara riayət olunması şəraitində keçirilməsinin şahidi olduq. Müşahidələrimizə əsasən deyə bilərik ki, seçkilər azad, ədalətli, şəffaf şəkildə davam etdirilib. Seçicilərə heç bir təzyiqlər olmayıb. Müşahidə apardığımız 20 seçki məntəqəsinin nəticələri seçki prosesinin sonunda xüsusi qutuda möhürlənərək Mərkəzi Qərargaha göndərildi".

Klod Monike onu da əlavə edib ki, seçki zamanı qeydiyyat siyahıları hüquqi prosedura müvafiq olaraq təşkil olunub, xüsusi görünməz mürəkkəbdən istifadə edilib, məntəqələrdə veb kameralar quraşdırılıb:

"Bütün bunlar seçki prosesinin şəffaflığını artırır. Beləliklə, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi təsdiq edir ki, prezident seçkiləri ədalətli və legitimdir. Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edib".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR