Fransadan olan müşahidəçilər Azərbaycanda prezident seçkilərinin təşkilini yüksək qiymətləndirir

Fransadan olan müşahidəçilər Azərbaycanda prezident seçkilərinin təşkilini yüksək qiymətləndirir
11:57 12 Aprel 2018
48 Ölkə
Ölkə mətbuatı
A- A+

"Fransadan olan müşahidə qrupu Azərbaycanda prezident seçkilərinin şəffaflığını və səmərəli təşkilini yüksək qiymətləndirir. Bu da praktiki olaraq digər ölkələrdən olan müşahidəçilərin fikirləri ilə üst-üstə düşür".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Fransa müşahidə missiyasının rəhbəri Mişel Teqo mətbuat konfransında deyib.

O bildirib ki, bütün seçicilərə, müşahidəçilərə və jurnalistlərə seçkilərdə iştirak və müşahidə etmək azadlığı verilmişdi ki, bu da seçkiləri səsvermədə iştirak etmək istəyən hər kəs üçün maksimum açıq edirdi.

M.Teqo Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq edilən bülletenlər üçün qutuların şəffaflığı, seçicilərə ikinci dəfə səs verməyə imkan verməyən barmaqların işarələnməsi, həmçinin səsvermə prosesinin bütün iştirakçılarının təhlükəsizliyinə dəstək kimi müsbət metodları da qeyd edib.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR