Play Store

Serbiya parlamentinin vitse-spikeri: "Azərbaycanda prezident seçkiləri bayram mühitində keçdi"

Serbiya parlamentinin vitse-spikeri: "Azərbaycanda prezident seçkiləri bayram mühitində keçdi"
12:17 12 Aprel 2018
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda prezident seçkiləri bayram mühitində keçdi".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Serbiya parlamentinin vitse-spikeri Verolyub Arsiç deyib.

O bildirib: "Bizdə, Serbiyada bu, bayramdır. Analoji mühit sizdə də müşahidə olunurdu. Fikrimcə, bu ölkənizin uğurları ilə bağlıdır. Biz 14 seçki məntəqəsində olduq - 11-i Bakıda, 3-ü regionlarda. Heç yerdə biz seçki prosesinə təsir edə biləcək pozuntu görmədik. Vətəndaşlara təzyiq göstərilməyib, səsvermənin gizliliyi təmin olunub. Bir sözlə, seçkilər beynəlxalq standartlara uyğun keçdi".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR