İtaliya A Seriyasında oynanılan "İnter" - "Cenoa" oyununda kuryoz hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, oyun zamanı topa vurulan zərbənin hədəfi meydan sahiblərinin baş məşqçisi Roberto Mançini olub. Zərbədən sonra yıxılan Mançini bir müddət özünə gələ bilməyib. Daha sonra şokdan ayılan baş məşqçi baş verən hadisəyə gülüb...
Qeyd edək ki, qarşılaşma "İnter"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.