Akademik işdən çıxartdığı Turalın hərəkətlərini pislədi: "Vicdana sığmayan hərəkətdir"

Akademik işdən çıxartdığı Turalın hərəkətlərini pislədi: "Vicdana sığmayan hərəkətdir"
14:57 12 Aprel 2018
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva son günlər sosial şəbəkələrdə Azərbaycana qarşı milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniya həyata keçirən şəxslərə cavab verib. 

Milli.Az xəbər verir ki, Gövhər Baxşəliyeva sfera.az-a açıqlamasında bildirib ki, vətəndən incik düşərək xaricdə Azərbaycanı baltalamaq və ona qarşı qarayaxma kampaniyası aparmaq vicdana sığmayan hərəkətdir:

"Bu, bizim milli-mentalitetimizə və xalqımıza yaraşmayan hərəkətdir. Çox adam incik ola bilər. Amma vətəndən incimək olmaz. Hətta, xaricdə Azərbaycana qarşı çıxışlar edən Tural Sadıqlı və digər şəxsləri kimsə incik salsa belə, bunu ölkə əleyhinə kampaniyaya çevirmək namərdlikdir. Vətəni, dövləti və onun atributlarını söymək namərdliyin son həddidir". 

Akademik qeyd edib ki, insan hər zaman Vətən uğrunda mübarizə aparmalıdır:

"Bilirsiniz, 1950-1960-cı Türkiyə Respublikasının 10-cu baş naziri olmuş Adnan Menderes hərbi çevriliş nəticəsində devrilərək edam edilib. Ondan sonra hakimiyyətə gələn hərbiçilər Adnan Menderesə məhkəmə quraraq, edam ediblər. Edamdan əvvəl məhkəmə salonunda son söz alan Adnan Menderes deyib ki, "mənə verilən edam hökmü Vətənim üçün xeyrli olsun". Yəni, "hətta mənim ölümüm belə vətənimə xeyr gətirsin" prinsipi və amalı ilə yaşamaq lazımdır". 

Xatırladaq ki, Tural Sadıqlı AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olub. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR