Play Store

İstehlak yönümlü artırılmış virtual məzmun və proqramlar bazarının həcmi 72% yüksəlib

İstehlak yönümlü artırılmış  virtual məzmun və proqramlar bazarının həcmi 72% yüksəlib
15:35 12 Aprel 2018
Ölkə mətbuatı
A- A+

2017-ci ildə virtual və artırılmış reallıq (“virtual and augmented reality”, “VR/AR”) texnologiyalar bazarında yüksək irəliləyiş qeydə alınıb. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, ötən il istehlak yönümlü AR/VR məzmun və proqramlar bazarının həcmi 72% yüksələrək 3,2 milyard ABŞ dollarına yaxınlaşıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “IHS”-in tədqiqat və təhlil üzrə direktoru Pier Hardinq Rolls bu məlumatları şərh edərək bildirib ki, istehlak AR-texnologiyaları bazarı VR-seqmentə nisbətən daha əlverişlidir, çünki artırılmış reallıq funksiyaları daha çox sayda məzmun və proqram növləri üçün aktualdır. Analitik, həmçinin AR-texnologiyaların smartfon sahəsində böyük bazar potensialını vurğulayıb.
 
İstehlak VR-texnologiyaları hələ ki zəif seqment olaraq qalır, amma mütəxəssislər VR-cihazların qiymətinin ucuzlaşması, texniki cəhətdən təkmilləşdirilməsi və daha cəlbedici məzmunun əlçatan olması fonunda yaxın bir neçə ildə virtual reallıq qurğularının yayılmasını gözləyirlər.
 
Həmçinin mütəxəssislər müəyyənləşdiriblər ki, 2017-ci ilin sonuna istifadə edilən bütün VR-qurğuların sayı 28 milyon təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 2 dəfə çoxdur. Gözləntilərə görə, 2021-ci ilədək istifadə edilən virtual reallıq qurğuları 75,7 milyona yaxınlaşacaq.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-53867-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR