Faşist döyməli "zek" ə hökm oxundu - 18 yaşında 4-cü məhkumluq

Faşist döyməli "zek" ə hökm oxundu - 18 yaşında 4-cü məhkumluq
15:39 12 Aprel 2018
165 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakininə bıçaq çəkərək telefonunu almaqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Seymur Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror bildirib ki, təqsirləndirilən şəxsin bundan qabaq törətdiyi 3 cinayətinin də ödənilməyib. Dövlət ittihamçısı cəzaların birləşdirilməsi ilə birlikdə S.Osmanovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

S.Osmanov son sözündə əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını söyləyib: "Uşaqlıq eləmişən. Peşmanam".

 

 

Hakimlər kollegiyasının hökmü ilə S.Osmanov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəlki cinayət əməllərinə görə aldığı cəzalar da toplanaraq üzərinə gəldikdən sonra, qəti olaraq 4 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

Qeyd edək ki, paytaxt sakini Ülvi Cuvarlı Akademik Həsən Əliyev küçəsi ilə hərəkətdə olan zaman Seymur Osmanov onun qarşısını kəsərək  bıçaqla hədələyib və telefonunu əlindən alıb.

 

Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib.

 

Cinayəti törədən əvvəllər də məhkumluq həyatı yaşayan Seymur Osmanov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə təhvil verilib.

 

Onu da qeyd edək ki, 18 yaşlı S.Osmanov əllərində "faşist döyməsi" var. Həmçinin yaşıdları içində "zek" ləqəbi ilə də tanınırmış.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR